AZ

Millimizin üzvü 90 dəqiqə oynadı, komandası qələbə qazandı

Cənubi Koreya çempionatında 3-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” doğma meydanda “Suvon”la qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib. 90 dəqiqə meydanda olan Krivotsyuk komandasının qələbəsində pay sahibi olub.

Qeyd edək ki, “Daejeon” turnir cədvəlində hazırda 6 xalla 2-ci pillədə qərarlaşıb.

saytlarin hazirlanmasi

Seçilən
29
sportal.az

1Mənbələr