AZ

Papanın son durumu ilə bağlı AÇIQLAMA

Papa Fransiskin vəziyyəti stabilləşib və onun süni nəfəs aparatına ehtiyacı yoxdur.

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

"Papaya qeyri-invaziv mexaniki nəfəs aparatı tələb olunmur, yalnız yüksək axınlı oksigen terapiyası tələb edilir", - məlumatda deyilir.

Sənədin mətninə görə, pontifikin hərarəti yoxdur, lakin mürəkkəb klinik mənzərəyə görə proqnoz "ehtiyatlı" olaraq qalır.


Mənbə: unikal.az

Seçilən
18
unikal.az

1Mənbələr