AZ

"Ayntraxt"ın yarımmüdafiəçisi İngiltərə Premyer Liqasına transfer ola bilər

Bakı. Trend:

"Ayantarxt"ın 20 yaşlı yarımmüdafiəçisi Huqo Larsson karyerasınıİngiltərə Premyer Liqasının klublarından birində davam etdirəbilər.

Trend xəbər verirki, "Çelsi" və "Liverpul" isveçli futbolçunu transfer etməkistəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

"Ayntraxt" Larssonu satmağa razıdır, lakin alman klubu onun üçün60 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Ayntraxt" 2023-cü ilin yayında Hugo Larssonuİsveçin "Malmö" klubundan transfer edib. İsveç millisinin üzvü olangənc oyunçu bu mövsüm Frankfurt təmsilçisinin heyətində iştiraketdiyi 33 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.Onun "Ayntraxt" ilə müqaviləsi 2029-cu ilin yayına qədərqüvvədədir.

Seçilən
27
az.trend.az

1Mənbələr