Sabahdan etibarən Gəncə İdman Sarayında güləş üzrə U-15 ölkə birinciliyi start götürəcək.
Offsideplus.az xəbər verir ki, həm sərbəst, həm də yunan-Roma növləri üzrə keçiriləcək yarış martın 3-də Gəncə İdman Sarayında start götürəcək, 6 martadək davam edəcək.
Proqrama əsasən, çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Görüşlər hər gün saat 10-da başlanacaq. Yarış milli komandalara seçmə xarakteri daşıyır.
Bütün görüşlər Azərbaycan Güləş Federasiyasının "Youtube" kanalında canlı yayımlanacaq.