AZ

Ən pisə hazırlaşmalıyıq –LONDON SAMMİTİNDƏN İLK AÇIQLAMA

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropanın təcili olaraq yenidən silahlanmalı olduğunu və üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün manevr imkanlarının vacibliyini bildirib.

 

“Reuters” xəbər verir ki, bu fikirləri o, Londonda Ukraynaya dəstək mövzusunda keçirilən sammitdən sonra səsləndirib. 

 

Ursula Fon der Lyayen qeyd edib ki, Avropa demokratiyanı qorumağa hazır olduğunu ABŞ-a da göstərməlidir. O, uzun illər davam edən az investisiyadan sonra müdafiə sektoruna xərclərin uzunmüddətli dövrdə artırılmasının zəruri olduğunu vurğulayıb.

 

“Uzun müddət müdafiə sahəsinə kifayət qədər investisiya qoyulmayıb. İndi isə bu investisiyaları artırmaq olduqca vacibdir və bu, davamlı şəkildə aparılmalıdır”, – deyə jurnalistlərə açıqlamasında o bildirib. 

 

Ursula Fon der Lyayen əlavə edib ki, üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün daha geniş maliyyə imkanları yaradılmalıdır.

Seçilən
53
senzor.az

1Mənbələr