AZ

Superliqa: “Fənərbağça” vacib qələbə qazanıb

Bakı, 3 mart, AZƏRTAC

Türkiyə Superliqasında XXVI turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan “Fənərbağça” doğma meydanda “Antalyaspor”u qəbul edib. Görüş ev sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla xallarını 61-ə çatdıran İstanbul təmsilçisi 2-ci pillədə qərarlaşıb.

Seçilən
26
2
azertag.az

3Mənbələr