AZ

Xırdalanda güclü yanğın - Video

Abşeron rayonu, Xırdalan qəsəbəsində güclü yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə AAFPark yaşayış kompleksinin ərazisindəki restoranda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Xəsarət alanların olub-olmadığı hələ ki, bilinmir.


Seçilən
72
4
qafqazinfo.az

8Mənbələr