Abşeron rayonu, Xırdalan şəhərində güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə gecə saatlarında “AAAF Park Yaşayış Kompleksi”nin yaxınlığında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Şahidlər ərazidəki obyektin yandığını bildirirlər.
Hazırda yanğının söndürülməsi üzrə işlər gedir.
Həmin görüntüləri təqdim edirik: