AZ

Almaniya müdafiə və infrastruktur üçün milyardlarla avro ayırmağı planlaşdırır

Almaniyanın Xristian-Demokratik və Xristian-Sosial İttifaqları (XDİ/XSİ) və Sosial-Demokrat Partiyası (SDP) müdafiə və infrastruktur ehtiyacları üçün milyardlarla avroluq fondlar yaratmağı planlaşdırırlar.

Trend xəbər verir ki, bu barədə Reuters agentliyi bu barədə məlumat yayıb.

Danışıqlara yaxın mənbələr bildiriblər ki, Almaniya müdafiə qabiliyyətini gücləndirmək və infrastrukturun inkişafı üçün nəzərdə tutulan fondları yaratmağı planlaşdırır. Hər bir layihənin aktivlərinin həcmi əvvəlki hesablamalara görə azı 400 milyard avro olacaq. Lakin fondların yaradılması ilə bağlı hələ yekun qərar verilməyib.

Reuters-in məlumatına görə, bu böyük məbləğlərin müdafiəyə ayrılması qərarı, fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında aparılan danışıqların uğursuz nəticəsi ilə əlaqələndirilir.
Seçilən
8
2
sherg.az

3Mənbələr