AZ

Almaniya Ukraynaya qoşun yeritməyi planlaşdırır?  

Hazırda Ukraynaya qoşun yeridilməsi məsələsi gündəmdə deyil.

Parol.az xəbər verir ki, bunu Fevralın 23-də Xristian Demokrat İttifaqından Almaniya kansleri seçilən Fridrix Mertz deyib.

"Mən bu məsələyə kansler Olaf Şolts kimi baxıram. Bu məsələ bu gün ümumiyyətlə gündəmdə deyil”, - deyə F.Mertz bildirib.

Bundan əlavə, o qeyd edib ki, hazırda prioritet Avropanın Kiyevi necə dəstəkləməsinin müzakirəsidir, çünki bu məsələ kifayət qədər nəzərdən keçirilməyib.

Seçilən
67
1
parol.az

2Mənbələr