AZ

Fransa və Britaniyanın UKRAYNA PLANI

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Kir Starmer ilə birlikdə Ukrayna ilə bağlı hazırlanan planın təfərrüatlarını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə o, "Le Figaro"ya müsahibəsində məlumat verib.

Siyasətçilər “havada, dənizdə və enerji infrastrukturunda atəşkəs” təklif ediblər ki, bu da atəşə bir ay müddətində moratoriumun qoyulmasını nəzərdə tutur. Bunun yerdəki vəziyyətə aidiyyatı yoxdur, çünki cəbhə xəttinin uzunluğu nəzarəti çətinləşdirir. İkinci mərhələdə sülhməramlılar Ukraynaya gətiriləcək.

"Yaxın həftələrdə Ukrayna ərazisində heç bir Avropa qoşunu olmayacaq. Sual ondan ibarətdir ki, danışıqlar üçün bir neçə həftə çəkəcək və sülh imzalandıqdan sonra qüvvələrin yerləşdirilməsi ilə nəticələnəcək əlverişli atəşkəsə nail olmaq üçün bu vaxtdan necə istifadə etmək olar?", - Makron bildirib.

O, həmçinin ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında “eskalasiyaya” əmin olduğunu bildirib. Siyasətçi deyib ki, o, amerikalı həmkarı ilə cümə və şənbə günləri danışıb.

"Yaxın günlərdə biz dialoqu yenidən qura bilməliyik", - Makron əlavə edib.

Kir Starmer isə Ukraynada sülhün əldə olunması üçün məqamları da açıqlayıb. Onun fikrincə, bunun üçün təhlükəsizlik zəmanəti olan Avropa elementi lazımdır.

Seçilən
38
50
publika.az

10Mənbələr