Cənubi Koreyanın "Hyundai Motor" şirkətinin 2026-cı ilin ikinci yarısında Türkiyədə İzmit zavodunda elektrikli avtomobil (elektromobil) istehsalına başlayacağı açıqlanıb.
Marja xəbər verir ki, bunu "Hyundai Motor Türkiye" şirkətinin baş direktoru Murat Berkel bildirib.
Zavodda elektromobil istehsalı ilə bağlı işlərin sürətlə davam etdiyini qeyd edən Berkel, "Türkiyədə istehsal keyfiyyəti ən yüksək səviyyədədir. Bu zavod markamızın 5 ulduzlu zavodudur. Burada çox gözəl elektromobillər istehsal olunacaq, Türkiyə istehlakçılarına və Avropaya təqdim ediləcək" deyib.
Berkel, keçən il qlobal avtomobil satışlarının əvvəlki ilə nisbətən 1,7 faiz artaraq 88,2 milyon ədəd təşkil etdiyini söyləyib.
Qlobal elektrikli avtomobil satışlarının 17 milyonu keçməsinin diqqətəlayiq olduğunu qeyd edən Berkel, "5 il əvvəl elektrikli avtomobil satışları 2 milyon civarında idi. 17 milyon ədəd satış, nəzərəçarpacaq dərəcədə artdımdır. Dünyada 500 tam elektrikli model satılır. 2030-cu ilə qədər bu rəqəmin 1000-ə çatacağı proqnozlaşdırılır" deyib.