Volqoqradda (Rusiya) SSRİ-nin Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin 73 illik yubileyi münasibətilə ona hədiyyə edilən qızıl "Raketa" saatı 35 milyon rubla (təxminən 678 min manat) satılır.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə v1.ru məlumat yayıb.
"Saat Petrodvorets zavodunda hazırlanıb. Məlumat üçün bildirək ki, bu saat 1983-cü ildə Qalina Leonidovna Brejneva (Leonid İliçin qızı) tərəfindən Mosqorlombardda girov qoyulub və geri alınmayıb", - saat satıcısı bildirib.
O qeyd edib ki, antikvar eksperti saatı 2,5-5,5 milyon dollar dəyərində qiymətləndirib.
Nəşrin məlumatına görə, 2024-cü ilin noyabrında eyni saat 55 milyon rubla satılıb.
6Mənbələr
-
tribunainfo.azBrejnevin saatı satışa çıxarıldı ( 15805427)
-
bizim.mediaBrejnevin saatı satışa çıxarıldı - FOTO ( 15804287)
-
demokrat.azRusiyada Brejnevin saatı satışa çıxarılıb — FOTOLAR ( 15803223)
-
milli.azBrejnevin saatı satışa çıxarıldı - FOTO ( 15803151)
-
pravda.azBrejnevin saatı satışa çıxarıldı ( 15802807)
-
oxu.azRusiyada Brejnevin saatı satışa çıxarılıb ( 15802695)