“Liverpul”un baş məşqçisi Arne Slot cəzalandırılıb.
"Football-plus.az" xəbər verir ki, premyer-liqanın 15-ci turunun “Everton”la keçirilən matçında (2:2) qırmızı vərəqə aldığı üçün iki oyunluq diskvalifikasiya olunub. Slot həmin oyunda baş hakim və onun köməkçilərini təhqir edib.
Nizam-İntizam Komitəsi (NİK) həmçinin “Liverpul”u 80 min avro cərimə edib.
Slot cəza səbəbindən “Nyukasl” və “Sauthempton”la matçlarda “Liverpul”un texniki zonasında görünməyəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta