Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Manset.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.