AZ

Ən məhsuldar futbolçuların siyahısı açıqlanıb

Milli çempionatların 2025-ci il üçün ən yaxşı bombardirləri açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlinə ilin ilk ayında yüksək liqalarda ən çox qol vuranlar daxil edilib.

Siyahıda ən azı 7 qol vuran 38 futbolçu yer alıb. Cədvələ Səudiyyə Ərəbistanında məhsuldarlıq nümayiş etdirən hücumçular başçılıq edir.

“Əl Əhli”nin futbolçusu Eyvan Touni 1-ci, “Əl Hilal”ın bombardiri Markos Leonardo 2-ci sıradadır. Hər iki futbolçu 13 qola sevinib. “Deva Yunayted”lə İndoneziya çempionatında eyni sayda fərqlənən Aleks 3-cüdür.

Qeyd edək ki, Avropanın ən yaxşısı Mika Bieret “Monako”da vurduğu 10 qolla 5-ci pillədə yer alıb.

İdman.biz

Seçilən
32
2
idman.biz

3Mənbələr