Bakı. Trend:
Monitorinqlərin aparıldığı müəssisələrdə təmir-bərpa işlərininhəyata keçirilməsi, bəzi hallarda yeni müəssisələrin tikilibistifadəyə verilməsi şəxslərin saxlanma şəraitininyaxşılaşdırılması baxımından əhəmiyyətlidir.
Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, Lənkəranda müasir penitensiar kompleksinistifadəyə verilməsi xüsusilə qeyd olunmalıdır:
“Ümumi saxlama limiti 1 300 nəfər olan və iki hissədən ibarətolmaqla inşa edilmiş kompleks Lənkəran və ətraf rayonlardan olantəqsirləndirilən şəxslərin və məhkumların saxlanılmasına, bununlada həmin şəxslərin ailə üzvləri ilə vaxt itkisi olmadan və əlavəyol xərcləri çəkmədən görüşmələrinə şərait yaradacaq”.
“Qeyd olunan müəssisənin istifadəyə verilməsi sıxlığınazalmasına şərait yaratsa da, ötən il həyata keçirilən başçəkmələrzamanı Bakı İstintaq Təcridxanası, 2 saylı İstintaq Təcridxanası,7, 15 və 17 saylı cəzaçəkmə müəssisələrində bu problemin hələ dəqaldığı müşahidə edilib”, - deyə məruzədə qeyd edilib.