Argentina yığmasının baş məşqçisi Lionel Skaloni Dünya çempionatı-2026-nin qarşıdakı oyunları üçün genişləndirilmiş heyəti açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ilkin siyahıda 33 futbolçunun adı yer alıb.
L.Skaloni komdandanın kapitanı, dünya ulduzu, "İnter Mayami"nin hücumçusu Lionel Messiyə dəvət göndərib. Bundan başqa, futbol həvəskarları "Roma"nın üzvü Paulo Dibalanı da görmək imkanı qazana bilərlər.
Ötən il İspaniya deyil, Argentina yığmasını seçərək, "Real"dan İtaliya "Komo"suna keçən Nikolas Pas da heyətdə yer alıb.
Təqvimə əsasən, komanda martın 22-də səfərdə Uruqvay, 25-də isə doğma divarlar arasında Braziliyaya qarşı mübarizə aparacaq.