AZ

Azərbaycanda 6 nəfər tortdan zəhərləndi - YENİLƏNDİ

Ağdamda tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi məlum olub.

Həmin şəxslər aşağıdakılardır:

- 1962-ci il təvəllüdlü Əsədova Gülbuta Şiralı qızı

- 2001-ci il təvəllüdlü Əsədov Elçin Ayaz oğlu

- 2003-cü il təvəllüdlü Əsədov Elvin Ayaz oğlu

- 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl

- 2006-cı il təvəllüdlü Əsədova Türkan

- 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət

***

Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

***

Ağdam rayonunun Əfətli kəndində 6 nəfər qidadan zəhərlənib.

News24.az Report-a istinadən xəbər verir ki, həmin şəxslərin tortdan zəhərləndikləri ehtimal olunur.


Seçilən
52
9
news24.az

10Mənbələr