Bakı. Trend:
Aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi iləbağlı şikayətlər çoxluq təşkil edib. Bir çox hallarda borclu barədətələbin yönəldilə biləcəyi əmlak və ya gəlirlər aşkaredilmədiyindən və tələb könüllü icra olunmadığından məhkəməqərarlarının icrasında çətinliklər yaranıb. Bu isə borclu şəxslərinməşğulluğunun təmin olunması məsələsində icbari yanaşmanıntətbiqini aktullaşdırır.
Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, alimentin borclu tərəfindən vaxtındaödənilməməsi və ya ödənişdən boyun qaçırılması, yaxud da borclununicra qurumlarından gizlənməsi müvafiq məhkəmə qərarlarının icraedilməsinə ciddi maneələr törədir.
“Qeyd olunanlarla bağlı bir sıra hallarda zəruri tədbirləringörülməsi təmin edilsə də, ümumilikdə bu kimi məsələlər xüsusinarahatlıq doğurmaqdadır.
Ombudsmanın əvvəlki illik məruzələrində Aliment Fondununyaradılması ilə bağlı irəli sürdüyü təklif aktuallığınısaxlamaqdadır. Xüsusilə də, son vaxtlar millət vəkilləri və birsıra dövlət qurumları tərəfindən Ombudsmanın bu təklifinindəstəklənməsi Aliment Fondunun yaradılmasının əhəmiyyətini bir dahaönə çəkir”, - deyə məruzədə qeyd edilib.