AZ

Almaniya HDQ-nin P-8A “Poseidon” patrul təyyarəsi ilk uçuşunu yerinə yetirib

Almaniya Hərbi Dəniz Qüvvələri üçün (HDQ) ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal edilən P-8A “Poseidon” dəniz patrul təyyarəsi ilk uçuşunu həyata keçirib.

“Poliqon” xəbər verir ki, bu barədə Bundesverin (Almaniya Silahlı Qüvvələri) Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsi (BAAINBw) məlumat yayıb.

Qeyd edilib ki, Almaniya HDQ-nin ilk P-8A “Poseidon” təyyarəsini cari ilin avqustu ayında alması gözlənilir.

P-8A “Poseidon” təyyarəsi “Boeing” 737-800ERX mülki sərnişin təyyarəsinin əsasında yaradılıb. ABŞ HDQ 2010-cu ilin avqustunda təyyarənin istehsalına icazə verib. O, 6 xarici və 5 daxili asma nöqtəsi ilə 9 tona qədər silah daşıya bilir. Bu asma nöqtələrinə gəmi əleyhinə və qanadlı raketlər, torpedalar, dəniz minaları və aviasiya bombaları quraşdırmaq mümkündür.

Əsas texniki xassələri: heyəti – 9 nəfər (2 pilot, 7 operator); uzunluğu – 39.47 m; qanad açıqlığı – 37.64 m; hündürlüyü – 12.83 m; qanadının sahəsi – 133.59 m²; boş vəziyyətdə kütləsi – 41 434 kq; maksimal uçuş kütləsi – 85 820 kq; daxili çənlərdəki yanacağın kütləsi – 34,096 kq; güc qurğusu – 2 ədəd CFM International CFM56-7B turboreaktiv mühərrik; dartqı qüvvəsi – 2 × 120 kN.

Əsas uçuş xassələri: maksimum uçuş sürəti – 907 km/saat; kreyser sürəti – 815 km/saat; patrulluq/axtarış sürəti – 60 m hündürlükdə 333 km/saat; döyüş radiusu – 3700 km; uçuş məsafəsi – 8,300 km; praktiki uçuş tavanı – 12500 m.

Seçilən
24
poliqon.az

1Mənbələr