AZ

Nostradamusun 2025-ci il proqnozları gerçək olur? - Ölümcül epidemiya qapıdadır

Nostradamusun 2025-ci il üçün etdiyi “köhnə pandemiyanın geri dönüşü” proqnozu Çinli alimlərin yeni  virus kəşfi ilə yenidən gündəmə gəlib. Mütəxəssislərə görə, bu virus COVID-19-dan 10 dəfə daha ölümcül ola bilər. Məşhur kahinin 2025-ci il üçün öncəgörmələrindən biri İngiltərənin müharibə və yenidən ortaya çıxan bir pandemiya ilə üzləşəcəyi idi. İndi isə alimlər yarasalarda yaşayan və insanlara yoluxa biləcək yeni bir koronavirus növü aşkar ediblər.

Yenisabah.az xəbər verir ki, Çində aparılan tədqiqat nəticəsində HKU5-CoV-2 adlı virusun insanlara yoluxma potensialının yüksək olduğu və COVID-19-dan qat-qat ölümcül ola biləcəyi bildirilib. Mütəxəssislər hesab edir ki, bu virusun ölüm faizi 33,3%-ə çatan MERS virusuna bənzəyir və hər üç insandan birinin həyatına son qoya bilər.

Nostradamus öz proqnozlarında belə bir fikri səsləndirmişdi:

“Keçmişdən gələn böyük bir epidemiya geri dönəcək, göylərin altında ondan daha təhlükəli bir düşmən olmayacaq”.

Bu ifadənin HKU5-CoV-2 virusunun kəşfi ilə üst-üstə düşməsi yeni müzakirələrə səbəb olub. Vuhan Virusologiya İnstitutundan viroloq Şi Jenqli və onun komandası virusun insanlara birbaşa və ya başqalarından vasitəsilə keçmə ehtimalının yüksək olduğunu açıqlayıb.

Alimlərin xəbərdarlığına görə, HKU5-CoV-2-nin insan hüceyrələrinə daxil olma mexanizmi COVID-19 ilə oxşardır. Bu isə virusun yayılmasının qarşısını almağı çətinləşdirə bilər. Virusun 2006-cı ildə aşkarlanan yarasa virusları ilə eyni mənşəyə sahib olduğu, lakin yoluxma potensialının daha yüksək olduğu vurğulanır.

Hazırda virusun insanlara yoluxduğuna dair qəti sübutlar olmasa da, alimlər bu ehtimalı istisna etmirlər. HKU5-CoV-2-yə qarşı nə peyvənd, nə də təsirli bir müalicə üsulu mövcuddur.

Elm dünyası mümkün bir pandemiyanın qarşısını almaq üçün bu yeni virusu yaxından izləməyə davam edir. Lakin Nostradamusun əsrlər öncəki proqnozunun bugünkü vəziyyətlə üst-üstə düşməsi narahatlıqları artırır. HKU5-CoV-2-nin insanlara yayılıb-yayılmayacağı və qlobal bir təhlükəyə çevrilib-çevrilməyəcəyi isə qarşıdakı araşdırmalarla aydın olacaq.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
16
1
yenisabah.az

2Mənbələr