AZ

Borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icra mexanizmi hazırlanmalıdır – Ombudsman

Bakı. Trend:

Məhkəmə qərarlarının borclu qismində cəlb edilmiş müvafiq dövlətqurumları tərəfindən icra edilməməsi və ya icrasının gecikdirilməsivətəndaşların haqlı narazılıqlarına səbəb olub.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, qeyd edilən problemlə bağlı aidiyyətidövlət qurumlarına ünvanlanmış müraciətlərə verilmiş cavablarda,bir qayda olaraq həmin qurumun büdcədən maliyyələşdiyi əsasgətirilib, tələb olunan vəsaitin müvafiq icra hakimiyyəti orqanıtərəfindən ayrılacağı təqdirdə məhkəmə qərarının icrasının təminediləcəyi bildirilib.

“Borclu dövlət qurumlarına münasibətdə məhkəmə qərarlarınınicrasında mövcud olan bu kimi çətinliklər zəruri icra mexanizmininvə təsir vasitələrinin qənaətbəxş olmaması, habelə məhkəməqərarlarının icrasına nəzarətin effektiv təşkil edilməməsi iləbağlıdır. Odur ki, borclu dövlət orqanlarına münasibətdə məhkəməqərarlarının icrası mexanizminin işlənib hazırlanması, həmçininbununla bağlı Dövlət Büdcəsində maliyyə vəsaitinin nəzərdətutulması zəruridir”, - deyə məruzədə qeyd edilib.

Məqalədə:
Seçilən
20
2
az.trend.az

3Mənbələr