Başqırdıstanın Ufa şəhərindəki “Başneft” neft emalı zavodunda güclü partlayış və yanğın baş verib.
“AzPolitika” xəbər verir ki, yerli teleqram kanalları bununl bağlı video və fotoşəkillər paylaşıblar.
Videonu geolokasiya edən Ukraynanın OSINT layihələri iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar Başneft-UNPZ ərazisində neft distillatlarının hidrotəmizlənməsi üçün nəzərdə tutulmuş L-24-7 qurğusunu, həmçinin neft saxlama çənlərini vurub.
ASTRA teleqram kanalı yazır ki, partlayış Başneft-UNPZ, Başneft-Novoil və Başneft-Ufanefteximin istehsal sahələrinin daxil olduğu PAO ANK-nin neft emalı kompleksinin ərazisində baş verib.
Başqırdıstan Fövqəladə Hallar Nazirliyi səbəbini açıqlamadan Ufa Neft Emalı Zavodunun ərazisində yanğının lokallaşdırılması barədə məlumat verib. Xilasetmə xidməti yanğının zavodun ərazisində baş verdiyini bildirib. Fövqəladə Hallar Nazirliyinə insan tələfatı barədə məlumat daxil olmayıb.
Başqırdıstan hakimiyyəti neft emalı zavoduna hücumla bağlı xəbərləri şərh etməyib. Dövlət mediası Fövqəladə Hallar Nazirliyinə istinadən yalnız yanğınla bağlı məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi bir gecədə vurulan pilotsuz təyyarələrlə bağlı növbəti hesabatında Ufanın adını çəkməyib.
Qeyd edək ki, adıçəkilən zavod Ukraynada döyülərin getdiyi cəbhə xəttindən 1350 kilometr məsafədə yerləşir.
“AzPolitika.info”