AZ

Əl-Xelaifi: “ÇL-i qazanmaq - PSJ-nin məqsədi deyil”

Fransa nəhəngi PSJ-nin prezidenti Nasser Əl-Xelaifi 2013-cü ildə klubun qarşısına qoyduğu tələbin səhv olduğunu etiraf edib.

Arena.az “Bild” dərgisinə istinadən məlumat verir ki, qətərli iş adamı o vaxt PSJ-yə üç il ərzində Çempionlar Liqasını qazanmaq tələbini irəli sürməsini yanlış hesab edir:

“Mən səhv etmişəm və bunu açıq surətdə etiraf edirəm. Amma biz öz səhvlərimiz üzərində öyrənirik. Əgər siz məndən, Çempionlar Liqasında qalibiyyətin bizim məqsədimiz olması haqda indi soruşsanız, mən buna yox cavabı verərəm.

Əgər siz məndən, hər oyunda mübarizə aparmaq istəyi barədə soruşsanız, onda, bəli. Hücum üslubunda oynamaq – bəli. Azarkeşləri əyləndirmək – bəli. Bunun üçün oyunçularımız varmı? Bu da, bəli. Klubumuz Çempionlar Liqasını cari mövsümdə, növbəti mövsümdə və səkkiz ildən sonra da qazanmağa qadir futbolçulara malikdir. Bizim, gələcəyin böyük komandasını yaratmaq üçün özəyimiz var.

PSJ-nin yeni ulduzu – bu, komandadır. Mən, bizim, bu qısa müddətdə klubumuzun fəlsəfəsini necə dəyişməyimizlə fəxr edirəm. Komanda ruhu mənim üçün hər şeydən vacibdir – komanda daxilndə, meydanda, ehtiyat oyunçular skamyasında, tibbi heyət və təhlilçilər arasında, eləcə də pərdə arxasında işləyənlər, hamıda. Öz azarkeşlərimiz haqda da, əlbəttə, unutmuruq”, deyə Əl-Xelifi vurğulayıb.

Xatırladaq ki, PSJ cari mövsümdə UEFA Çempionlar Liqasının 1/8 finalına vəsiqə əldə edib. Bu mərhələdə PSJ “Liverpul”la qarşılaşacaq. Fransa nəhəngi ilk oyunu martın 6-da Parisdə, cavab oyununu isə martın 12-də Liverpul səfərində keçirəcək.

Seçilən
29
arena.az

1Mənbələr