AZ

Ermənistan üçün son şans: sülh, yoxsa xaos?

Son aylarda rəsmi İrəvan siyasi ambivalentlik nümayiş etdirərəkbir tərəfdən açıq şəkildə sülh çağırışları edir, digər tərəfdən isəAzərbaycanla münasibətlərin normallaşması prosesinə maneələryaradır. Ermənistan rəhbərliyinin siyasi bəyanatları və konkretaddımları göstərir ki, ölkə daxilində hələ də reallığı qəbul etməkistəməyən və xalqı növbəti fəlakətə sürükləməyə hazır olan güclürevanşist qüvvələr mövcuddur.

Bu ikili mövqe bir neçə aspektdə özünü göstərir. Bir tərəfdənbaş nazir Nikol Paşinyan sülh müqaviləsini imzalamağa hazırolduğunu bildirir və Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır.Amma elə həmin İrəvanda onun partiyasının nümayəndələri vəErmənistanın rəsmi strukturları sülh prosesi ilə uzlaşmayanritorikadan əl çəkmir.

Belə ki, hakim “Vətəndaş müqaviləsi” partiyasınındeputatlarından ibarət Ermənistan-Avropa İttifaqı parlamentkomissiyası Minsk Qrupu və Madrid Prinsiplərinə qayıdışla bağlıqeyri-realist bəyanatları dəstəkləyib ki, yaşanan olay dolayı yollarevanşizmə təhrik deməkdir.

Əsas sual budur: Ermənistan, həqiqətən, sülh istəyirmi,yoxsa yenidən xaosa ümid bəsləyir?

2020-ci ildəki 44 günlük İkinci Qarabağ Müharibəsində məğlubolduqdan sonra Ermənistan siyasi elitasında revanşist meyillərqalmaqda davam edir. Bu, Azərbaycanın diplomatik səylərinibloklamaq üçün istifadə edilən institutları dirçəltmək cəhdlərindəvə silahlı müqavimətə açıq çağırışlarda özünü büruzə verir.

Revanşizmin bariz nümunələrindən biri Ermənistanın sabiqprezidenti Robert Köçəryanın son bəyanatları oldu. O, açıq şəkildəİrəvanı ATƏT-in Minsk Qrupunun ləğvinə qarşı çıxmağa çağırdı.Halbuki bu qrup artıq öz aktuallığını çoxdan itirib və onilliklərboyu heç bir nəticə əldə etməyib. Fəqət erməni siyasi elitası hələdə bu quruma ümid bəsləyir və Azərbaycan üzərində təzyiq vasitəsikimi istifadə etməyə çalışır.

Bu, revanşist mövqeyin yeganə nümunəsi deyil. Ermənistanrəhbərliyinin nümayəndələri, o cümlədən, parlament sədri AlenSimonyan, qarabağlı erməni separatçıların 2023-cü ilin sentyabrındaAzərbaycan Ordusuna müqavimət göstərməməsindən narazılıq ifadəediblər. Bu kimi açıqlamalar Ermənistanın hələ də işğal və təcavüzənostalji duyduğunu, mümkün hərbi revanşla bağlı illüziyalardanimtina etmədiyini sübut edir.

Minsk Qrupu 1992-ci ildə Ermənistan və Azərbaycan arasındakımünaqişənin sülh yolu ilə həlli üçün yaradılmışdı. Amma 30 iləyaxın fəaliyyəti boyunca heç bir effektiv mexanizm təklif edəbilmədi.

Səbəblər bəlli.

İrəvan Minsk Qrupundan status-kvonu qorumaq və işğal olunmuşərazilərin Azərbaycana qaytarılması ilə bağlı təşəbbüsləribloklamaq üçün istifadə edirdi. Həmsədr ölkələr (Fransa, ABŞ vəRusiya) prosesdə koordinasiyasızlıq nümayiş etdirir, bu daqərarların qəbulunu iflic edirdi. Minsk Qrupu 2020-ci ilin iyulundaErmənistanın hərbi təxribatlarına heç bir reaksiya vermədi, bu isəhəmin ilin sentyabr-noyabr aylarında genişmiqyaslı müharibəyəgətirib çıxardı.

Əslində, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatıimzalanan vaxt artıq Minsk Qrupu tamamilə funksiyasız idi. LakinErmənistan bu gün də onu diplomatik vasitə kimi istifadə etməyəçalışır.

Qarabağdan olan siyasətçi kimi Robert Köçəryan həmişəAzərbaycanla münasibətlərdə sərt xəttin tərəfdarı olub. Onun MinskQrupunu bərpa etmək cəhdi bir neçə amilə əsaslanır:

1. Ermənistanı keçmişə qaytarmaq istəyi -Köçəryan hesab edir ki, Minsk Qrupu vasitəsilə sülh prosesiniyenidən sonsuz gecikdirmək mümkündür.

2. Azərbaycan üzərində beynəlxalq təzyiqillüziyası - Ermənistan ümid edir ki, Qərb Minsk Qrupunudanışıqlara yeni tələblər əlavə etmək üçün alət kimi istifadə edəbilər.

3. Erməni diasporasını səfərbər etmə cəhdi -Köçəryan erməni lobbisini “mübarizənin bitmədiyinə” və Qərbinyenidən dəstək verə biləcəyinə inandırmağa çalışır.

Reallıqda isə Minsk Qrupunun ləğv edilməsi artıq geri dönüşüolmayan bir prosesdir. Rusiya onun aktuallığını itirdiyini rəsmənbəyan edib, ABŞ və Fransa isə 2023-cü ildən etibarən bu qurumlabağlı istənilən fəaliyyəti faktiki olaraq dayandırıblar. Buna görədə Köçəryanın Minsk Qrupunu dirçəltmək cəhdləri yalnız keçmişəyapışmaqdan başqa bir şey deyil.

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda birgünlükantiterror əməliyyatı keçirdi və bunun nəticəsində qanunsuzseparatçı qurum tamamilə məhv edildi. Təbii ki, İrəvanda buhadisəyə dair açıq-aşkar radikal bəyanatlar səsləndi. Alen Simonyanseparatçıların "son nəfəsinədək müqavimət göstərməli olduqlarını"bəyan etdi ki, bu da, əslində, müharibənin davam etdirilməsinəçağırış deməkdir.

Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri EdmonMarukyan qarabağlı erməni separatçılarını "Qarabağı təslim etməkdə"açıq şəkildə günahlandırdı. Köçəryan və Sərkisyanın tərəfdarları,müharibənin nəticələrini tanımamağa və onu yenidən nəzərdənkeçirmək üçün "alternativ yollar" axtarmağa çağırdılar. Ermənidiasporasının radikal nümayəndələri, o cümlədən, Ermənistanın hərbidəstəyinin gücləndirilməsini tələb edən təşkilatlar dafəallaşıblar.

Nikol Paşinyanın sülhə can atdığına dair bəyanatlarınabaxmayaraq, İrəvan intensiv şəkildə silahlanmağa davam edir. Beləki, 2023–2024-cü illərdə Ermənistan Fransadan müasir havahücumundan müdafiə sistemləri və artilleriya aldı. 2023-cü ildənetibarən Ermənistan NATO strukturlarına hərbi inteqrasiyanı həyatakeçirməyə başlayıb və birgə təlimlər keçirir. Hücum dronları vəzirehli texnika alaraq, hərbi kursunu davam etdirdiyini açıqşəkildə göstərir. Göründüyü kimi, Ermənistandakı revanşist meyillərtəkcə ritorika ilə deyil, eyni zamanda mümkün eskalasiyaya hazırlıqməqsədilə atılan konkret addımlarla da dəstəklənir.

44 günlük İkinci Qarabağ müharibəsindən sonra AzərbaycanErmənistana bəlli prinsiplər əsasında sülh müqaviləsi imzalamağıtəklif etdi. Həmin prinsiplər hər iki tərəfin bir-birinin ərazibütövlüyünü tanıması, şərti dövlət sərhədinin delimitasiyası vədemarkasiyası, habelə nəqliyyat kommunikasiyalarının açılması idi.Ancaq İrəvan konkret addımlardan yayındığı kimi, revanşist ritorikada danışıqları çətinləşdirir.

Revanşist meyillərin yaratdığı təhlükələrdən biri dəErmənistanın Qərb strukturlarından Rusiya və Azərbaycana qarşıistifadə etmək istəyidir. Qərb hazırda MDB ölkələrinin KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) təzyiqləri artıraraqRusiyanın regiondan çıxarılmasına can atır. Fransa Ermənistanıfaktiki olaraq birbaşa hərbi əməkdaşlığa cəlb edib. ABŞ-dəki ermənilobbisi aktivləşərək Bakıya qarşı sanksiyaların tətbiq olunmasınacan atır.

Ermənistanda revanşist meyillər regionun sabitliyi üçün cidditəhdid olaraq qalır. ATƏT-in Minsk Qrupunun yenidən bərpasına daircəhdlər və separatçıları "lazımi müqavimət göstərməməkdə" ittihametmək Ermənistan elitasının 2020-ci ilin məğlubiyyətindən nəticəçıxarmadığını nümayiş etdirir. Əgər Ermənistan, həqiqətən, sülhistəyirsə, revanşist ritorikadan imtina etməli, yeni sərhədlərinreallığını qəbul etməli və hərbi fantaziyalardan əl çəkərəkölkəsinin inkişafına fokuslanmalıdır.

Bu arada, erməni siyasətinin ikili standartlarını göstərən başqabir əsas məqam da Azərbaycanın hərbi cinayət törətmiş ermənihərbçiləri üzərində apardığı məhkəmə proseslərinə İrəvanınreaksiyasıdır. Bu məhkəmələr Ermənistanın hərbi cinayətlərdə, ocümlədən etnik təmizləmələrdə, mülki əhalinin qətlində vəAzərbaycan ərazilərinin dağıdılmasında iştirakını açıq şəkildə ifşaedir. Buna görə də, rəsmi İrəvan Azərbaycan məhkəmə sisteminigözdən salmağa çalışır, bu prosesləri "siyasiləşdirilmiş"adlandırır və Bakını "etnik təmizləmə"də ittiham edir.

Halonki faktlar təkzibolunmazdır. Çünki Qarabağın işğalıdövründə erməni silahlı qüvvələri 900-dən çox yaşayış məntəqəsinitamamilə dağıdıb, məscidləri, qəbiristanlıqları, məktəbləri,xəstəxanaları və digər infrastrukturu məhv edib. 1 milyondan çoxazərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Azad edilmişərazilərdə kütləvi məzarlıqlar aşkar edildi, burada ermənihərbçiləri tərəfindən qətlə yetirilmiş yüzlərlə azərbaycanlınınqalıqları tapıldı.

İndi, cinayətkarlar məhkəmə qarşısında cavab verməliolduğu halda, İrəvan 30 illik işğalın məşum həqiqətlərinin üzəçıxacağından qorxaraq, Azərbaycan ədalətini əvvəlcədən gözdənsalmağa çalışır.

Avropa İttifaqının (Aİ) Ermənistanda yerləşdirdiyi mülkimüşahidə missiyası (EUMA) Qərbin regionda nüfuzunu artırmaq vəErmənistan-Azərbaycan münasibətlərini gərginləşdirmək məqsədiləgeosiyasi oyunun bir hissəsinə çevrildiyini də unutmayaq. Brüsselinbu missiyanı "sülhməramlı" kimi təqdim etməsinə baxmayaraq, onunfəaliyyəti vəziyyətin gərginləşməsinə və sülh danışıqlarınınperspektivlərinin zəifləməsinə xidmət edir.

Aİ missiyası (EUMA) 2023-cü ilin yanvarında İrəvanın tələbi iləvə Azərbaycanın razılığı olmadan Ermənistanda yerləşdirildi. Bu,beynəlxalq praktikanın pozulmasıdır, çünki sərhəd monitorinqmissiyalarının yerləşdirilməsi, adətən, hər iki tərəfin razılığıilə həyata keçirilir. Lakin Bakı Avropa müşahidəçilərini nəinkidəvət etmədi, hətta onların mövcudluğuna rəsmi şəkildə etirazınıbildirdi.

Mandata əsasən, missiya gərginliyi azaltmaq və müşahidə aparmaqüçün yaradılmışdı, lakin reallıqda onun hesabatları birtərəflixarakter daşıyır və həqiqi vəziyyəti əks etdirmir. Belə ki, onlarınhesabatlarında Ermənistanın təxribatları, atəşkəs rejimininpozulması və sərhəd bölgələrinə silah daşınması barədə məlumatlaryer almır.

Avropa İttifaqı, xüsusən də Fransa və Almaniya ənənəvi olaraqErmənistanı dəstəkləyən mövqe tutur. Bu, İrəvana siyasi, maliyyə vəhərbi dəstək vermələrində açıq şəkildə görünür. Məsələn, Fransa2023–2024-cü illərdə Ermənistana silah tədarükü təşəbbüsünü irəlisürdü ki, bu da Aİ-nin elan etdiyi "sülhməramlı" missiyasınaziddir.

EUMA, həmçinin, digər Qərb strukturları ilə əlaqəli fəaliyyətgöstərir. 2023-cü ilin sentyabrında İrəvan NATO ilə əməkdaşlığıgenişləndirmək barədə saziş imzaladı ki, bu da Ermənistanın Qərbinhərbi-siyasi mexanizmlərinə dərin inteqrasiyasını təsdiqləyir.Beləliklə, Avropa müşahidəçilərinin mövcudluğu sadəcə "mülki"missiya deyil, Qərbin regiondakı təsirini gücləndirməkstrategiyasının bir hissəsidir.

Aİ missiyasının fəaliyyətində ən təhlükəli məqamlardanbiri onun Ermənistanın Azərbaycan əleyhinə təxribatlarınıqanuniləşdirmək rolunu oynamasıdır.

2023–2024-cü illər ərzində Ermənistan hakimiyyəti dəfələrləAzərbaycanı sabitliyi pozan tərəf kimi təqdim etməyə çalışıb.Məsələn, 2023-cü ilin oktyabrında Ermənistan guya AzərbaycanOrdusunun onun ərazisinə "soxulması" barədə iddialar irəli sürdü,lakin peyk görüntüləri bu iddiaları təkzib etdi.

Bununla yanaşı, Aİ missiyası Ermənistanın aşağıdakıtəxribatlarını tamamilə gözardı etdi:

1. Mina terroru: 2023-cü ildə Ermənistanındiversiya qrupları tərəfindən Azərbaycanın ərazisinə yerləşdirilmişyüzlərlə mina zərərsizləşdirildi.

2. Silahlı hücumlar: 2023-cü ilin iyun-noyabraylarında Ermənistan tərəfindən Azərbaycan mövqeləri 200-dən çoxdəfə atəşə tutuldu.

3. Hərbi texnikanın cəmləşdirilməsi: Peykgörüntüləri göstərirdi ki, Ermənistan sərhəd bölgələrindəhərbiləşməni davam etdirir.

Bütün bu faktlara baxmayaraq, Aİ missiyası vəziyyəti obyektivqiymətləndirmək üçün heç bir addım atmadı.

Avropa müşahidəçilərinin mövcudluğu Ermənistana yalançıtəhlükəsizlik hissi aşılayır. İrəvan hesab edir ki, münaqişəyenidən alovlanacağı təqdirdə Qərb onun tərəfini tutacaq. Bu isəerməni hakimiyyətini daha radikal addımlar atmağa sövq edir.

Məsələn, 2023-cü ilin noyabrında Ermənistan sərhədə qoşun vəhərbi texnika yığdığı zaman Azərbaycan öz mövqelərinimöhkəmləndirmək üçün adekvat tədbirlər gördü. Aİ müşahidəçiləri buprosesi Ermənistana sərf edən şəkildə izah edərək, Bakını"gərginliyi artırmaqda" günahlandırdılar.

Avropa missiyasının mövcudluğu Qərbin Ermənistanı öz orbitinəçəkmək strategiyasının bir hissəsidir. Xatırladaq ki, 2023-cü ildəAİ Ermənistana əməkdaşlıq proqramları çərçivəsində 270 milyonavrodan çox vəsait ayırdı. Fransa və ABŞ 2024-cü ildə Ermənistanordusuna zirehli texnika və rabitə vasitələri tədarük edəcəklərinielan etdilər. Üstəlik, Ermənistan Aİ-də qeyri-rəsmi şəkildə"namizəd statusu" olan ölkələrdən biri kimi müzakirə edilir.

Bütün bu addımlar Ermənistanı Rusiyadan uzaqlaşdırmağa və Qərbinhərbi-siyasi strukturuna inteqrasiya etməyə yönəlib ki, bu daMoskva və Bakının regiondakı mövqelərini zəiflədir.

EUMA-nın digər əsas məqsədi Rusiyanın regiondakı təsiriniazaltmaqdır. İrəvan Moskvanı "Azərbaycanın aqressiyasına" gözyummaqda günahlandıraraq, onu etibarsız tərəfdaş kimi təqdim etməyəçalışır. 2023-cü ildə Ermənistan KTMT-dəki fəaliyyətini faktikiolaraq dondurdu və Rusiya ilə birgə hərbi təlimlərdən imtina etdi.Maraqlıdır ki, bu, eyni zamanda, Aİ-nin regionda fəallığınınartması ilə üst-üstə düşdü.

Aİ missiyasının Ermənistanda mövcudluğu sülhə töhfə vermir,əksinə, əlavə risklər yaradır. Bu missiya Azərbaycana qarşı siyasitəzyiq vasitəsi kimi istifadə olunur, Ermənistanın təxribatlarınıört-basdır edir və regionda Qərbin təsirini gücləndirir vəgeosiyasi balansı pozur.

Əgər Qərb, həqiqətən, sabitlik istəyirsə, o zaman missiyanınmandatını yenidən nəzərdən keçirməli və tərkibinə neytraltərəflərin nümayəndələrini daxil etməli, Ermənistanı əldə olunmuşrazılaşmalara riayət etməyə məcbur etməli, həmçinin, İrəvanabirtərəfli dəstək siyasətindən əl çəkməlidir, çünki bu, yalnız yenigərginlik dalğasına səbəb olur.

Əks halda, Aİ missiyası sülhməramlı deyil, Cənubi Qafqazınsabitliyinə qarşı yönəlmiş geosiyasi alət olaraq qalacaq.

Fəqət tarix artıq sübut edib: Qərb Ermənistanı xilasetməyəcək.

Erməni siyasi elitası xarici siyasət strategiyasını ABŞ vəFransadan yardım gözləmək kimi yanlış ümidlər üzərində qurmağadavam edir. Lakin son hadisələr aydın şəkildə göstərdi ki,Ermənistan Qərbin əsas prioritetləri arasında deyil. ABŞ açıqşəkildə Cənubi Qafqazdakı vəziyyətə müdaxilə etməyəcəyini bildirdivə diqqətini digər geosiyasi istiqamətlərə yönəltdi. Fransa daxiliböhranlarla üz-üzədir – küçə etirazları, iqtisadi problemlər vəEmmanuel Makronun populyarlığının enməsi Parisin Ermənistana realdəstək göstərmək iqtidarında olmadığını sübut edir. Fransızsiyasətçilərinin bütün bəyanatları sadəcə diplomatik jestlərdir.Bununla yanaşı, İrəvanın strateji tərəfdaş hesab etdiyi Rusiya vəİran Ermənistanın Qərblə yaxınlaşmasına qarşı sərt mövqe nümayişetdirir.

Kreml artıq göstərib ki, "qardaşlıq" oyunu oynamaq niyyətindədeyil və Ermənistanın Qərblə gizli əlaqələrinə dözməyəcək. Tehranaçıq şəkildə bəyan edib ki, Ermənistanın Qərbin regiona nüfuzetməsinə yardım edəcəyi təqdirdə sərt cavab tədbirləri görəcək.

Nəticə etibarilə, Ermənistan Qərbin ona real dəstəkverməyəcəyini nə qədər tez anlasa, bir o qədər tez daxiliproblemlərini həll etməyə və qonşuları ilə sülh münasibətləriqurmağa başlaya bilər. Əks halda, erməni rəhbərliyi öz xalqınıyenidən qeyri-müəyyən gələcək və təcrid olunmuş vəziyyətəsürükləyəcək.

Ermənistan sərt seçim qarşısındadır: ya revanşist ritorikayatamamilə son qoyur, Azərbaycana qarşı ərazi iddialarından imtinaedir və real şəkildə regional iqtisadi və siyasi layihələrəinteqrasiya etməyə başlayır, ya da tam təcridə sürüklənir.

Bunun üçün İrəvan Konstitusiyaya dəyişikliklər edərəkAzərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları ehtiva edən bütünmüddəalar çıxarılmalı, silahlanma yarışına son qoymalı və Qərbhimayədarlarından alınmış silahlar geri qaytarmalı, Minsk Qrupu,Madrid Prinsipləri və digər aktuallığını itirmiş mexanizmlərdənistifadə etməklə beynəlxalq strukturlarla manipulyasiyalara sonverməli, regionda dağıdıcı rol oynayan Aİ müşahidə missiyasınıErmənistan ərazisindən çıxarmalı, beynəlxalq normalara uyğun olaraqQərbi Azərbaycandan qovulmuş azərbaycanlı qaçqınların öz doğmatorpaqlarına qayıdışı təmin etməlidir.

Əgər Ermənistan Qərbin himayəsinə arxalanaraq ikili standartlarsiyasətini davam etdirsə, bu, onun siyasi, iqtisadi və geosiyasifəlakətini daha da sürətləndirəcək. İrəvan illüziyaları tərk etməlivə anlamalıdır: revanşizm erməni dövlətçiliyinin tam süqutunaaparan yoldur.

Seçilən
15
2
az.trend.az

3Mənbələr