AZ

Qiymətlər süni şəkildə artırılır- ÖZƏL

"Bölgələrdə aqroparkların yaradılması təqdirəlayiqdir. Bütün rayonlarda olmalıdır. Lakin bir sual çıxır, doğrudanmı bu aqroparklar xalqa, kiçik sahibkarlara, fermerlərə xidmət edəcək? İnanmıram, çünkü ölkədə kənd təsərrüfatı məhsullarının bahalığı baş alıb gedir, qiymətlər hər gün artır". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası (MCP) sədrinin müavini Rafiq Daşdəmirli deyib: " Elə isə nə işə yarayır bu aqroparklar? Səbəb isə monopoliyadır. Sağlam rəqabət yoxdur. Təsərrüfat bir neçə şəxsin əlində cəmləşib. Dəllallar imkan vermirlər kəndlinin, kiçik sahibkarın öz məhsulunu yetişdirib rahat bazara çıxartmasına. Qiymətlər süni şəkildə bahalaşdırılır. Kəndlinin topağı kəndliyə xeyir gətirmir. Maldarlar örüş yeri tapa bilmirlər ki, heyvanlarını otarsınlar. Ət məhsulları sıravi vətəndaş üçün əlçatmazdır. Bu gedişlə vəziyyət daha da ağırlaşacaq. İqtisadi zonalar adı altında məmurlar talanla məşğuldurlar, şəxsi büdcələrini doldururlar. Yerlərdə əsas təsərrüfatlar icra başçılarının və digər məmurların əlində cəmləşib. 
Onun üçün də yaxşı olar ki, aqroparkların fəaliyyətinə, pay torpaqlarına, təsərrüfatlara ictimai nəzarət olsun. Əkilməyən torpaqlar da nəzarətə ğötürülsün. Kəndliyə, kiçik təsərrüfatlara, sahibkarlara güzəştlər edilsin, güzəştli kreditlər verilsin, bazara çıxış, ixrac sadələşdirilsin ki, bazarda qiymətlər od tutub yanmasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr