AZ

Xersonda mikroavtobus dronla vuruldu

Martın 2-də Xersonda rus işğalçıları avtobusu pilotsuz təyyarə ilə vurublar. Nəticədə 10 sərnişin yaralanıb, 1 qadın ölüb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi Telegram-da məlumat yayıb.

"Düşmən Xersonun Dneprovski rayonundakı dayanacaqda marşrut avtobusuna xaincəsinə hücum edib", - polis bildirib.

Partlayışdan sonra sürücü zərərçəkənlərə lazımi yardımı tez bir zamanda ala bilmək üçün avtobusu tibb müəssisəsinə yönəldib.

Yaralılardan birinin vəziyyəti ağırdır.



Xəbər 1 dəfə oxunub.
Seçilən
30
xezernews.az

1Mənbələr