AZ

Bir aylıq atəşkəs

Fransa prezidenti Emmanuel Makron Kiyevin müttəfiqləri ilə Böyük Britaniyanın paytaxtında keçirdiyi görüşdən sonra “Le Figaro” qəzetinə bildirib ki, Paris və London Ukraynada “hava, dəniz və enerji infrastrukturunu” əhatə edən bir aylıq atəşkəs təklif ediblər.

Fransa prezidenti vurğulayıb ki, yerdəki cəbhə xətti çox uzun məsafələrə uzansa da, bu formatda atəşkəsin problemli tərəfinin bunu necə ölçmək olduğunu bilirik. Makron yaxın həftələrdə Ukrayna ərazisinə heç bir avropalı əsgərin yerləşdirilməyəcəyini söyləyərək, sonrakı mərhələdə istənilən sülhməramlı qüvvələrin yerləşdiriləcəyini bildirib.

ABŞ-ın Donald Tramp dövründə dəyişən siyasətləri qarşısında Makron Avropa ölkələrinə müdafiə xərclərini ÜDM-nin 3-3,5 faizi qədər artırmağı təklif edib. “Le Figaro”nun məlumatına görə, Makron, “Üç il ərzində (Moskvanın Ukrayna ərazisini işğal etdiyi vaxtdan bəri) ruslar ÜDM-nin 10 faizini müdafiəyə xərcləyiblər... Ona görə də başımıza gələcəklərə hazır olmalıyıq”, – deyib.

Seçilən
21
vaxt.az

1Mənbələr