Bakı. Trend:
“Yaşlı, xəstə məhkumların əfvini təklif edirəm. Məruzədə 65yaşdan yuxarı və 25 ildən çox cəza çəkən şəxslərin əfvi məsələsinətoxunulsa, yaxşı olardı. Cəzaçəkmə müəssisələrindəki xəstəşəxslərin əfv olunması ilə bağlı məsələyə baxılmalıdır. Onlarıncəzaçəkmə müəssisəsində canını tapşırmasındansa, öz ailəsininyanımda canını tapşırması yaxşı olardı”.
Trend xəbərverir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüNaqif Həmzəyev komitənin bu gün keçirilən iclasında “AzərbaycanRespublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)2024-cü il üzrə məruzəsi”nin müzakirəsində çıxışı zamanı deyib.
Millət vəkili deyib ki, tibbi sığorta ilə vətəndaşlara tətbiqedilən bütün imtiyazlar cəzaçəkən şəxslərə də aid edilsin.
Naqif Həmzəyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsidövründə Gəncəyə atılan raketlər nəticəsində evlərinə ziyan dəyəninsanların böyük əksəriyyətinin problemi həll edilib:
“Amma bəzi ailələrin problemi qalıb. Evinin sənədləri MüdafiəNazirliyinə aid olan ailələr var ki, dövlət tərəfindən vəsaitayrılsa da, onların evi tikilib təhvil verilmir. Bu məsələniOmbudsman nəzarətə götürə bilər. Dövlət pul ayırıb, amma pulxərclənə bilmir”.
Komitə üzvü qərb bölgəsində tikintisi həyata keçirilən cəzaçəkməmüəssisələrinin də tezliklə istifadəyə verilməsini istəyib.