AZ

“Tegeta” şirkəti “Bridgestone” brendinin Azərbaycanda rəsmi təmsilçisidir (FOTO)

Bakı. Trend:

“Bridgestone” brendinin Azərbaycanda eksklüziv təchizatçısı olan“Tegeta” şirkəti Yaponiya brendinin minik avtomobilləri, yükmaşınları və xüsusi texnikalar üçün şinlərini təklif edir. Tərəflərarasında bağlanmış müqavilə yanvar ayında qüvvəyə minib.

Bakıda baş tutan tədbirdə tərəfdaşlar və müştərilər üçün“Tegeta” - “Bridgestone” əməkdaşlığının təqdimatı keçirilib.Paytaxtın “Four Seasons” hotelində baş tutan təqdimat mərasimindəyerli hakimiyyət orqanlarının nümayəndələri, biznes rəhbərləri, irişirkətlər, eləcə də “Tegeta” və “Bridgestone” şirkətlərininnümayəndə heyətləri iştirak ediblər. Tədbirə həmçinin Yaponiya vəGürcüstanın Azərbaycandakı səfirləri də təşrif buyurublar.

“Tegeta Holding”in baş icraçı direktoru YekaterinaKavtaradze deyib: “Azərbaycandakı avtomobil sahibləri üçün“Bridgestone” brendinin premium keyfiyyətli şinlərinin tədarükünəbaşladığımızı elan etməkdən məmnunluq və qürur duyuruq.“Bridgestone” Qafqaz regionunda pionerdir və 26 illiktərəfdaşlığımız sayəsində qonşu ölkələrdə onların distribütoru kimiçıxış etmək şərəfinə nail olmuşuq.

Təqdimat zamanı biz tərəfdaşlarımıza və müştərilərimizə gələcəkimkanlar və planlar barədə məlumat verdik. “Tegeta” yüksəkkeyfiyyətli və etibarlı məhsullara çıxışı təmin etməklə özbiznesini genişləndirməyə və regionda avtomobil sənayesinininkişafına töhfə verməyə çalışır. Məqsədimiz bu sahədə 30 illiktəcrübəyə malik bir şirkət olaraq, avtomobil sənayesində etibarlıtərəfdaş kimi mövqeyimizi gücləndirməkdir”.

Bakıda keçirilən tədbirdə 150 iştirakçı “Tegeta Motors Baku”nun“Bridgestone” ilə əməkdaşlıq çərçivəsində təklif etdiyi xidmətlərhaqqında məlumat əldə edib.

“Bridgestone” şirkətinin Yaxın Şərq, MDB və PAFregionları üzrə direktoru Samuel Massard bildirib:“Tegeta” ilə tərəfdaşlığın genişləndirilməsi “Bridgestone”brendinin premium keyfiyyətli şinlərinin Azərbaycanda təşviqibaxımından mühüm addımdır. Bu isə keyfiyyət, təhlükəsizlik vəinnovasiyalara sadiqliyimizin Qafqaz regionunda daha çox müştəriniəhatə etməsinə kömək edir. Bu 26 illik tərəfdaşlıq bizim regiondainkişafa təkan vermək və üstün avtomobil həllərini təqdim etməküçün birgə öhdəliyimizi vurğulayır”.

10 ilə yaxındır ki, Bakıda fəaliyyət göstərən “Tegeta Motors”şirkəti pərakəndə, korporativ və topdansatış sektorlarında kompleksavtomobil xidmətləri və geniş çeşiddə məhsullar təqdim edir.“Tegeta Motors” bu il Azərbaycanda 100000 ədəd “Bridgestone” şinisatmağı planlaşdırır və öz filial şəbəkəsini tədricəngenişləndirmək niyyətindədir.

“Tegeta Motors Baku”nun direktoru Aleksandr Beroşvilibildirib: “Bugünkü tədbir Gürcüstan və Azərbaycanınişgüzar dairələri arasında artan əməkdaşlığın göstəricisidir.“Tegeta Motors”un Bakıda ilk nümayəndəliyi 2017-ci ildə açılıb.Hazırda yüksək keyfiyyətli avtomobil xidmətləri və məhsullarıtəklif edən üç filialımız fəaliyyət göstərir. Strateji tərəfdaşımızsayəsində biz artıq minik avtomobilləri, yük maşınları və xüsusitexnikalar üçün “Bridgestone” şinlərini təklif edə bilirik. Hədəfmüştərilərimiz pərakəndə və topdansatış müştəriləri, həmçinindağ-mədən sənayesi və logistika şirkətləridir. Şin satışı iləyanaşı, biz şinlərin quraşdırılması və zəmanət xidməti göstəririk.Yük maşınları üçün zəmanət yürüşdən asılı olaraq dəyişir. Biztəchizat zəncirimizi genişləndirməyə, həmçinin xidmətlərimizi dahaəlçatan və adaptiv etməyə çalışırıq”.

“Bridgestone” və “Tegeta” şirkətləri arasında ilk müqavilə1998-ci ildə imzalanıb və ilkin sifariş cəmi 500 şin təşkil edib.“Bridgestone” brendi ilə əməkdaşlıq çərçivəsində Gürcüstanda qışşinlərinin istifadəsi tətbiq edilib ki, bu da ölkədə yoltəhlükəsizliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

“Bridgestone” 150-dən çox ölkədə fəaliyyət göstərir və illik 30milyard ABŞ dolları gəlir əldə edir. Bölgədəki əməliyyatların böyükhissəsi “Tegeta” şirkəti ilə tərəfdaşlıq sayəsində həyatakeçirilir.

“Tegeta” dünya miqyaslı “Bridgestone” brendinin etibarlıtərəfdaşıdır və regional avtomobil sənayesində lider mövqetutur.

Seçilən
0
3
az.trend.az

4Mənbələr