AZ

"Lion"un baş məşqçisi 7 aylıq cəzalandırıla bilər

"Lion"un baş məşqçisi Paulo Fonseka 7 ay cəzalana bilər.

Fransa Liqa 1-də "Brest" - "Lion" matçında qırmızı vərəqə alan "Lion"un baş məşqçisi Paulo Fonsekanın hakimlə yaşadığı insident ciddi nəticələrə səbəb ola bilər.

"Operativ Media" xəbər verir ki, əgər Liqa rəhbərliyi onun davranışını "qorxuducu və ya təhdidedici hərəkət" kimi dəyərləndirsə, portuqaliyalı mütəxəssis 7 aylıq diskvalifikasiya ilə cəzalandırıla bilər.

Hazırda hadisənin araşdırıldığı bildirilir və Fonsekanın hansı cəza alacağı yaxın günlərdə bəlli olacaq.

Seçilən
19
operativmedia.az

1Mənbələr