AZ

Perinatal Mərkəzdəki yanğınla bağlı cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib

Bakı. Trend:

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınlabağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrəməhkəmənin növbəti iclası keçirilib.

Trend xəbərverir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim LeylaƏsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə MehribanAbasquliyevanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

Bakı Perinatal Mərkəzinin sabiq direktoru, iş üzrətəqsirləndirilən Mehriban Abasquliyeva ifadəsində hadisənin başverməsində özünü təqsirli bilmədiyini bildirib.

Bununla yanaşı, o, ifadəsində mərkəzdə boş olan 5 tibb bacısı, 3tibb qardaşı və çatışmayan 3 çarpayı üçün TƏBİB-ə müraciət etdiyinibildirib.

Daha sonra iş üzrə təqsirləndirilən digər şəxs Hamlet Mustafayevməhkəmədə sərbəst ifadə verib.

O bildirib ki, uzun müddətdir ki, Republika Perinatal MərkəzindəAnesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdirivəzifəsində çalışır:

“Bizim şöbə 5-ci mərtəbədə yerləşir, 4-cü mərtəbə“Yenidoğulmuşlar terapiya” şöbəsidir. Şöbə müdiri MəryəmRzayevadır. Mənim həmin şöbəyə aidiyyətim yoxdur. Hadisə də 4-cümərtəbədə baş verib. Hər mərtəbənin təhlükəsizliyinə həmin şöbəninrəhbəri cavabdehdir”.

O bildirib ki, FHN DYMX-i Mərkəzə dəfələrlə yanğıntəhlükəsizliyinin əməl edilməməsi ilə bağlı akt tərtib edib:

“Lakin mənim bununla bağlı sonradan məlumatım olub. Ümumiyyətlə,bu prosesin mənə aidiyyəti yoxdur. Həm mən həkiməm, həm də buaktlar 4-cü mərtəbə üçün tərtib olunub. Həmin aktlar tərtib olunanzaman bölmə rəhbəri Məryəm Rzayeva olub. Təsərrüfat şöbəsininrəhbəri də cərimələnib”.

Şöbə müdiri 2008-ci ildən mərkəzdə ana ölümü faktı qeydəalınmadığını bildirib.

“Məhkəmənin nəzərinə çatdırım ki, 2008-ci ildən hadisə baş verənvaxtadək Respublika Perinatal Mərkəzdə ana ölümü faktı qeydəalınmayıb. Mən 35 ildir həkiməm. Bu vaxtadək fəaliyyətimdə nöqsanolmayıb. Dəfələrlə həm mərkəz, həm də Səhiyyə Nazirliyi tərəfindəntəltif olunmuşam, öz təcrübəmi bölüşmüşəm”.

Təqsirləndirilən şəxs hadisədən təəssüfləndiyini bildirərək,ölən uşaqların ailələrinə başsağlığı verib.

“Bu hadisədə özümü təqsirli bilmirəm. Hadisənin mənə aidiyyətiyoxdur. Biz ana ölümlərinin qarşısını almaq üçün çalışırdıq, ammabu hadisə əziyyətimizi yerə vurdu. Mən məhkəmənin ədalətinəinanıram”.

Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısı OrxanSəmədovun suallarını cavablayıb.

Zərərçəkən şəxs məhkəmə prosesinin qapalı keçirilməsi barəsindəməhkəməyə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməyib.

Proses martın 17-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika PerinatalMərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3(yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki vədaha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıqiki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayətişi başlanaraq, ibtidai istintaqın aparılması Baş Prokurorluğunİstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya,reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşlarınintensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəkipalatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manatməbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci iltarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənintibbi təminat resursları və potensialını nəzərə almadan xəstəqəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisəninelektrik təsərrüfatının artıq yüklənərək, sonda yanğına səbəbolmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindənMərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiyaqurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmamasıvə elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinəbildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya vəintensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və DəstəkXidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradanqaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban AbasquliyevaCinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifəsəlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyiqaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünəsəbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsindəişləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərəkonlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "RespublikaPerinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqamHacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarovazərərçəkmiş qismində tanınıb.

Məqalədə:
Seçilən
67
49
az.trend.az

10Mənbələr