AZ

Makron Avropanın sülh planını açıqladı – Əvvəl atəşkəs, daha sonra isə

Fransa Prezidenti Emmanuel Makron “Le Figaro” qəzetinə müsahibəsində Ukrayna üçün alternativ sülh planı barədə danışıb.

Makron ABŞ və Rusiyanın razılaşdırdığı atəşkəsə inanmadığını bildirib. Alternativ olaraq, Fransa və Britaniya bir ay müddətinə “havada, dənizdə və enerji infrastrukturunda” atəşkəs təklif edir. Bununla belə, atəşkəs qurudakı hərbi əməliyyatlara təsir etməyəcək.

“Əgər atəşkəs əldə olunsaydı, bunun cəbhə xəttində müşahidə olunub-olunmadığını yoxlamaq çox çətin olardı”, - Makron bildirib.

Planın ikinci bəndi Avropa sülhməramlılarının Ukraynaya göndərilməsidir – ancaq sülh bağlandıqdan sonra.

"Yaxın həftələrdə Ukrayna torpaqlarında heç bir Avropa qoşunu olmayacaq. Məsələ atəşkəsə nail olmaq üçün bu vaxtdan necə istifadə etməyimizdə, bir neçə həftə çəkəcək danışıqlardadır. Sülh imzalanandan sonra isə hərbçilərin yerləşdirilməsi başlayacaq", - Makron izah edib. O qeyd edib ki, Avropa sülh istəyir, lakin nəyin bahasına olursa olsun deyil, zəmanət vacibdir.

Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin bu plandan xəbəri olub-olmaması ilə bağlı suallarını cavablandırarkən deyib: “Mən hər şeydən xəbərdaram”.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmer bildirmişdi ki, sülh planı daha da təkmilləşdiriləcək: xüsusilə, ABŞ ilə müzakirə olunacaq və onlarla birlikdə həyata keçiriləcək.

“Avropanın təhlükəsizliyi üçün qitənin ABŞ-la sıx əməkdaşlıq etməsi vacibdir” – deyə, o, bildirib.

Starmer plan üzərində işlərin bir hissəsi kimi Vaşinqtonda tezliklə yeni görüşün keçiriləcəyini bildirib.

Martın 2-də Londonda Ukraynada sülhün əldə olunmasına həsr olunmuş sammit keçirilib. O, Zelenski, Türkiyə, Kanada, həmçinin NATO və Aİ daxil olmaqla 15 Avropa ölkəsinin lideri iştirak edib.

“AzPolitika.info”

Seçilən
73
azpolitika.info

1Mənbələr