Oxu.Az-ın "Sky News"a istinadən xəbərinə görə, Zelenski bu barədə britaniyalı jurnalistlərlə söhbətində deyib.
"Məni əvəz etmək asan olmayacaq. Çünki bunun üçün təkcə seçkinin keçirilməsi deyil, həmçinin mənim seçkidə iştirakımın qarşısını almaq da tələb olunacaq. Bu isə daha çətin olacaq", - deyə o bildirib.
Qeyd edək ki, martın 2-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uolts CNN-ə müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Vaşinqton və Moskva ilə işlər aparmağa hazır olan Ukrayna liderini görmək istəyir, amma Zelenski bu tələbə uyğun davrana bilməsə, problemə səbəb olacaq.
3Mənbələr