Ukrayna cəbhə xətti bizə daha da yaxınlaşır, bu da Avropa müharibəsi riskini artırır.
APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro "Inter" radiosuna verdiyi müsahibəsində bildirib.
"Avropada müharibə riski heç vaxt bu qədər yüksək olmayıb, təhdid bizə daha da yaxınlaşır. Ukrayna cəbhə xətti bizə daha da yaxınlaşır,"- o, vurğulayıb.