Bakı. Trend:
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlbolunmuş qurumlar tərəfindən fevral ayında yerinə yetirilənminatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
ANAMA-dan Trend-ə bildirilib ki, ötən ay Tərtər, Ağdərə,Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli,Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləməəməliyyatları zamanı piyada əleyhinə 305, tank əleyhinə 123 mina və1078 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən ay ərzində 2 862,5 hektar ərazi mina və partlamamış hərbisursatdan təmizlənib.