AZ

Süd vəzi xərçənginin artmasının səbəbləri nələrdir?

Onkoloq: 25 yaşdan etibarən  ildə bir  dəfə həkim müayinəsi əsas şərtlərdəndir

Süd vəzi xərçəngi süd vəzilərində başlayan və əsasən qadınlarda görülən, lakin kişilərdə də rast gəlinən bir xərçəng növüdür. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2050-ci ilə qədər süd vəzi xərçəngindən ölüm hallarının 68 faiz artacağını bildirib.

Süd vəzi xərçənginin dəqiq səbəbi bilinməsə də bir sıra risk faktorları müəyyən edilmişdir.

Süd Vəzi Xərçənginin Risk Faktorları:

Onkoloq Afət Cəbrayılova Operativ Media-ya bildirib ki, bu xərçəng növünün yayılmasında bir sıra amillər rol oynayır:

  1. Cinsiyyət: Qadın olmaq süd vəzi xərçəngi riskini artıran ən böyük faktordur.
  2. Hormonal pozğunluqlar: Hormon müalicələri xüsusilə sonsuzluq üçün edilən süni mayalanmalar və digər hormonal müdaxilələr xərçəng riskini artıran faktorlar arasında yer alır.
  3. Sağlam olmayan həyat tərzi: Piylənmə, qeyri-sağlam qidalanma və fiziki aktivliyin az olması, bədən-kütlə indeksinin yüksək olması hormonal disbalansa yol açır bu da süd vəzi xərçənginin yaranma riskini artırır.
  4. İrsiyyət: İrsiyyət amili də bu xəstəliyin inkişafında müəyyən rol oynayır.
  5. Siqaret çəkmək: Siqaret çəkmək süd vəzi xərçənginin riskini artıran amillərdən biridir.

Süd Vəzi Xərçənginin Qarşısını Almaq:

Afət Cəbrayılova bu xəstəliyin tam qarşısını almaq üçün müxtəlif üsullar mövcud olduğunu bildirib. O, sağlam həyat tərzi sürməyi, bədən-kütlə indeksini normada saxlamağı, hormonal müalicə tətbiq etməzdən əvvəl həkim tövsiyəsini almağı və ən əsası profilaktik müayinələrdən keçməyi tövsiyə edir. Onun fikrincə, 25 yaşdan sonra hər il bir dəfə həkim müayinəsindən keçmək vacibdir.

Seçilən
6
operativmedia.az

1Mənbələr