AZ

Bəzi şəhərlərdə təhsil dayandırılıb

Filippində həddindən artıq isti hava bəzi şəhərlərdə məktəblərin müvəqqəti bağlanmasına səbəb olub.

"Cebheinfo.az"-ın Filippin Xəbər Agentliyinə (PNA) istinadən verdiyi məlumata görə, hava istiliyinin artması ilə əlaqədar paytaxt Manila başda olmaqla məktəblərdə ehtiyat tədbirləri artırılıb.

Manila meri Honey Lacuna sosial mediada bildirib ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının həddindən artıq istilərlə bağlı tövsiyəsi əsasında paytaxtdakı məktəblərin fəaliyyəti dayandırılıb.

Lacuna  Manilada səhər saatlarında 36 ilə 38 dərəcə arasında dəyişən temperaturun günortadan sonra 42 dərəcəyə çatmasının gözlənildiyini qeyd edib.

Bildirilib ki, Las Pinas, Paranaque və Marikina şəhərlərində, eləcə də Manilada məktəblər müvəqqəti olaraq bağlanıb.

Digər tərəfdən, Filippin Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada istilərin səbəb ola biləcəyi xəstəliklərlə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Filippin Atmosfer Geofizika və Astronomiya Xidmətləri İdarəsi 42 ilə 51 dərəcə arasında olan temperaturu "təhlükəli" hesab edir.

Seçilən
10
cebheinfo.az

1Mənbələr