AZ

Sürücü 65 il öncəki qəzaya görə 5500 cərimələndi, vəsiqəsi əlindən alındı - FOTO

Kanadada bir kişi 65 il əvvəl törətdiyi qəzaya görə böyük məbləğdə cərimələnib.

Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, Ossie Gildart adlı şəxs 1960-cı ildə baş vermiş avtomobil qəzasına görə 4600 Kanada dolları (indiki məzənnə ilə təxminən 5481 manat) ödəməli olacaq.

85 yaşlı kişi bildirib ki, hadisədən yalnız 2024-cü ilin dekabrında kiçik qəzaya düşəndən sonra xəbər tutub:

Article“Sürücülük vəsiqəm bu illər ərzində dəfələrlə yeniləyib. Nə cərimə, nə də 1960-cı ildə baş vermiş qəza ilə bağlı heç bir xəbərdarlıq almamışam”.

Yerli hakimiyyət orqanları, onun sürücülük hüququnu məhdudlaşdırıb və cərimə tam ödənilməyənə qədər də bərpa etməyəcəklərini bildiriblər.

 

Namiq Musayev

Seçilən
38
1
avtosfer.az

2Mənbələr