AZ

Sabirabadda “Prius”kanala aşdı, yaralananlar var - YENİLƏNİB

Sabirabad rayonunda avtomobilin kanala aşması nəticəsində xəsarət alan dörd nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Martın 2-də saat 10:30-da baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar beş nəfər (hər biri kişi cinsli olmaqla) Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan dörd nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün müvafiq tibb müəssisəsinə təxliyə olunub", - deyə məlumatda qeyd olunub.(oxu.az)

***23:02

Sabirabad rayonunda avtomobilin kanala aşması nəticəsində beş nəfər yaralanıb.

Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Şıxlar kəndi ərazində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik vatomobili anidən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində Sabirabad rayon sakinləri – 1977-ci il təvəllüdlü Abbasov Babək Yusif oğlu, 2001-ci il təvəllüdlü Adilov Əvəz Rəhman oğlu, 1991-ci il təvəllüdlü Fərəcov Davud Ramiz oğlu, 1991-ci il təvəllüdlü Hüseynov Ceyhun Məhəmməd oğlu və Abşeronun Xırdalan qəsəbəsinin sakini 1998-ci il təvəllüdlü Məmmədzadə Babək Ehtiram oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Zərərçəkmişlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
78
8
avtosfer.az

10Mənbələr