AZ

Balıkəsirdə soyğun: “Səsini çıxarma, ölərsən” – Video


Türkiyənin Balıkəsir vilayətində bir nəfər zərgərlik mağazasını qarət etməyə çalışıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə anı mağazadakı və ətrafdakı təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb.
Soyğunçu əvvəlcə müştəri kimi daxil olduğu mağazada bir anda silah çəkib və mağazanın qadın əməkdaşından qızıl biləzikləri çantaya doldurmağı tələb edib.
O, səsini çıxaracağı tədirdə qadını öldürməklə hədələyib. Qadın əvvəlcə onun sözünə əməl etsə də, daha sonra qışqıraraq kömək istəyib. Ətrafdakılardan biri dərhal polis çağırıb. Bunu görən soyğunçu mağazadan çıxaraq ərazidən uzaqlaşıb. Qaçarkən qızılla doldurduğu çanta mağazadakı rəflərdən birinə ilişib. Lakin oçantanı götürməkdən imtina edərək mağazadan çıxıb.
Həmin görüntüləri təqdim edirik:
Seçilən
16
yeniavaz.com

1Mənbələr