AZ

AQTA-dan altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı AÇIQLAMA

Altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Agentlik bildirib ki, hadisənin qida zəhərlənməsi olub-olmaması araşdırılır:

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ağdamın Əfətli kəndində 6 nəfər tortdan zəhərlənib.

Seçilən
3
4
day.az

5Mənbələr