AZ

Ordubadda kütləvi zəhərlənmə olub: Ölən var

Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.

Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Salman Əli oğlu Bağırov, həyat yoldaşı, 1943-cü il təvəllüdlü Mənzər Qasım qızı Bədəlova, gəlinləri, 1961-ci il təvəllüdlü Qızbəsti Əliqulu qızı Zeynalova və qohumları, 1955-ci il təvəllüdlü Rəmziyyə Əvəz qızı Fətəliyeva zəhərləniblər.

Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Bağırov ölüb.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
76
30
avtosfer.az

10Mənbələr