AZ

Viktor Orban Ukraynanın Aİ-yə üzvlüyünü qeyri-realist hesab edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə bu həftə keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində Ukraynanın Aİ-yə üzvlük planlarını qeyri-realist adlandıraraq, bu təklifə qarşı çıxacağını bildirib.

"Yaxınlaşan Aİ sammitində (Xüsusi Avropa Şurası iclasında) biz indiyə qədər dediklərimizi təkrarlayacağıq: Ukraynanın Aİ-yə qəbul edilməsi real deyil", - deyə Orban sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Macarıstan hesab edir ki, Ukraynanın Aİ-yə tezliklə üzv olması həm ölkənin kənd təsərrüfatını, həm də ümumilikdə Avropa iqtisadiyyatını çökdürə bilər.

Bundan əlavə, Orban Ukraynanın indiyədək Zakarpatyedəki etnik macar azlığının hüquqlarını bərpa etmədiyini və Macarıstanın enerji təhlükəsizliyini təhdid edən addımlardan çəkinmədiyini vurğulayıb. Budapeşt Kiyevin Avropa institutlarına inteqrasiyası müzakirə olunarkən məhz bu tələbləri irəli sürmüşdü.

Bununla belə, Orban Ukraynanın Aİ-yə üzv ola biləcəyini tamamilə istisna etməyib və bunun yalnız lazımi tələblər və şərtlər yerinə yetirildikdə mümkün olacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
29
olaylar.az

10Mənbələr