D. Tramp və komandası sabah Avropanın şərqindən NATO geri çəkilməsini, Rusiyanın post-sovet məkanında yenidən siyasi təsirinin formalaşmasına razı olmasına gedə bilər. Amma, sərt müqavimətlə qarşılaşacaq.
Ümumiyyətlə, D.Trampin Ukrayna ilə bağlı heç bir planı yoxdur. D.Tramp və vitse-prezident Benzin V. Zelenskiyə qarşı qeyri-diplomatik davranışı və təzyiqləri V. Putinin siyasi davranışlari idi. V. Zelenski elə bil Ağ Evdə deyil, Kremldə idi. Sanki, D. Tramp V. Putin , vitse prezident Vens Ramzan Kadırov obrazında çıxış edirdi. Eyni üslub və danışıq tərzi Vitse-prezident Vensin ABŞ-ın yeni Ramzan Kadırovudur. V. Zelenski Ağ Evdə D. Tramp və vitse- prezidentə master-klas keçdi. D. Tramp öz nüfuzunu öz kabinetində yerlə bir edərək, V. Putinin əlinə oynadığını sübut etdi. D. Tramp Avropa liderlərindən fərqli olaraq V. Putinlə sərt danışmir və nəzakətli şəkildə onu incitmək olmaz deyir. D. Trampın Ukrayna siyasəti fiaskoya uğrayır. Bundan sonra, Böyük Britaniya Türkiyə və Avropa ölkələri Ukraynaya tam hərbi dəstək verəcək. Çinin də bu xəttə dəstək verməsi istisna deyil. Azərbaycan D. Tramp administrasiyası ilə heç bir dialoq və əməkdaşlıq qurmasına ehtiyac yoxdur. D. Tramp Qarabağ erməniləri barədə avantürist mövqeyə malikdir".