“Ukrayna özü əla bilirdi ki, onu 1 trilyardlıq bazara qoyublar. Amma indiki prezident hakimiyyəti əldən buraxmamaq üçün bu alverin bir hissəsinə çevrilməyə başladı. Zelenskinin arvadının adına milyonlarla pul çıxmadı?!”
Publika.az xəbər verir ki, bu sözləri Pressklub TV-də hüquqşünas Türkel Süleymanlı ilə debata çıxan kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, Rusiya ilə davam edən müharibəni Ukrayna başladıb:
“Ukrayna NATO-ya daxil olmaq haqqında bəyanatı verən kimi müharibə başladı. Qəbul etməliyik ki, Rusiyanın dövlət maraqları var.