AZ

Moskva ilə Ankara arasında münasibətlər çoxşaxəlidir - PESKOVDAN AÇIQLAMA

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Türkiyə həm işçi, həm də ekspert səviyyəsində dialoq aparır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, iki ölkə arasında münasibətlərin soyuması ilə razılaşmayıb.

“Mən sizinlə razılaşa bilmərəm, Moskva ilə Ankara arasında münasibətlər çoxşaxəlidir, onlar inkişaf etməkdə davam edir, intensiv dialoq gedir”, - deyə, Kreml nümayəndəsi mətbuata açıqlamasında bildirib.

O əlavə edib ki, zərurət yaranarsa, ən yüksək səviyyədə təmaslar olacaq.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə 2024-cü il dekabrın 3-də Suriyadakı vəziyyəti müzakirə edərkən telefonla danışıblar. Onlar oktyabrda Kazanda keçirilən BRİKS sammitində görüşüblər.

Seçilən
19
ikisahil.az

1Mənbələr