AZ

Fevral ayında azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat açıqlanıb.

ANAMA-dan Gundem.az-a verilən məlumata görə, azad olunan ərazilərdə fevral ayı ərzində 123 tank əleyhinə mina, 305 piyada əleyhinə mina, 1 078 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bildirilib ki, 2 862,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Seçilən
101
28
gundem.az

10Mənbələr