AZ

İranlının toruna düşən yeniyetmə tutuldu – Bakıda əməliyyat

Bakı polisi narkokuryerlərə qarşı əməliyyat keçirib. 

Daxili İşlər Nazirliyindən Viral.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

Sonuncu əməliyyat nəticəsində Ruhin Mürşüdov və tanışı olan bir nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq tiryək və marixuana aşkarlanaraq götürülüb.

Son Yazılar:

Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Seçilən
50
10
viral.az

10Mənbələr